Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir çərçivəsində 20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə qaçqın ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkına ekskursiya təşkil edilib.
“İki sahil” xəbər verir ki, ekskursiya zamanı uşaqlar və onların valideynləri Bakı Zooloji Parkında yaradılmış şəraitlə yaxından tanış olub, təbiətin qorunması, biomüxtəlifliyin əhəmiyyəti və heyvanlar aləmi haqqında məlumat əldə ediblər.
Daha sonra nahar və xüsusi əyləncəli proqram təşkil edilib, uşaqlara hədiyyələr təqdim olunub.