12 may 2025 16:10
91

Avropa İttifaqı Rusiya aktivlərindən Ukrayna üçün silaha 900 milyon avro xərcləyəcək

Avropa İttifaqı yaxın həftələrdə Ukrayna üçün silah və sursat üçün Rusiya aktivlərindən 900 milyon avro xərcləyəcək.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Çarlz Fris deyib.

Onun sözlərinə görə, daha 1 milyard avro Ukraynada PUA və raket istehsalına yönəldiləcək.

"Müqavilələr keçən həftə Lvovda imzalanıb" - deyə, o, qeyd edib.