Hindistan Pakistanla münaqişənin kəskinləşməsi səbəbindən həftə sonu bağlanan 32 hava limanını açıb.
“İki sahil” xəbər verir ki, bu barədə "News18 telekanalı məlumat yayıb.
Məhdudiyyətlərin ilkin olaraq mayın 15-i cümə axşamına kimi qüvvədə qalacağı gözlənilirdi. Hindistanın Hava Limanları İdarəsi onların ləğvi barədə xəbərdarlıq ediblər.
Hindistanla Pakistan arasında münaqişə mayın 7-nə keçən gecə Hindistan ordusunun "Sindur" əməliyyatı çərçivəsində Pakistan ərazisində və Kəşmirin nəzarətində olan hissəsinə zərbələr endirməsindən sonra yenidən başlayıb. Mayın 10-na keçən gecə Pakistan da Hindistana qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib. Günün sonunda ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini bildirib.