12 may 2025 13:54
99

Avropa Komissiyası Ukrayna hərbi-sənaye kompleksinə investisiyalar haqqında müqavilələr imzalayıb

Avropa İttifaqının Xarici Əlaqələr Xidməti Ukraynanın hərbi-sənaye kompleksinə investisiyalar üzrə ilk müqavilələrin imzalandığını elan edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu baş katibin müavini Çarlz Fris bildirib.

"Aİ-nin xarici siyasət xidmətinin rəhbəri mayın 9-da bildirib ki, Aİ Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacaq və ilk müqavilələr artıq imzalanıb", - deyə, Fris bildirib.

Bundan əlavə, o, Brüssel və Kiyev arasında hərbi-texniki əməkdaşlıqla məşğul olacaq yeni birgə komissiyanın yaradılması qərarını açıqlayıb.