12 may 2025 12:31
83

Almaniya Kiyevə silah tədarükünü davam etdirəcək XİN

Rusiya və Ukrayna atəşkəs haqqında razılığa gəlməsə, Berlin Ukraynaya silah tədarükünü davam etdirməyə hazırdır.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Almaniyanın xarici işlər naziri Yohan Vadeful Londonda keçirdiyi mətbuat konfransında bildirib.

"Danışıqlar başlamasa və atəşkəs qüvvəyə minməsə, Almaniya əlavə yardım paketləri təqdim etməyə hazır olacaq"  - deyə Vadephul jurnalistlərə.

Alman nazirin sözlərinə görə, parlamentarilər arasında Kiyevə növbəti silah tədarükü üçün geniş hazırlıq var.