Almaniyada 20-dən çox insanın xəsarət aldığı yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə “WDR” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə bazar günü günorta A59 şosesində baş verib. Avtobusun tıxacda dayanmış avtomobillərlə çırpılması zəncirvari qəzaya səbəb olub.
Hadisə nəticəsində avtobusda olan 14-ü sərnişin olmaqla 21 nəfər xəsarət alıb. Tıxacda olan avtomobillərdən birinin sürücüsü ağır bədən xəsarətləri alıb.
Hazırda magistral yol bağlıdır, xilasetmə xidmətləri və polis hadisə yerində işləyir. Avtobus sürücüsünün avtomobillərlə toqquşmasının səbəbləri araşdırılır.