16 aprel 2025 18:26
173

Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY

ADY-nin sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur.

“İki sahil” xəbər verir ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək.

ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.