Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməsinə qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Mənim fikrimcə, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”, - RİA Novosti onun sözlərini sitat gətirib.
Paşinyanın sözlərinə görə, Ermənistan xalqı bu məsələni həll etməli, siyasi qüvvələr və onların liderləri öz arqumentlərini təqdim etməlidirlər.
Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır.