16 aprel 2025 14:59
410

Soros Trampa QARŞI

Sorosun maliyyələşdirdiyi təşkilatlar Trampın miqrantları deportasiya etməsinə mane olur

Amerikalı iş adamı Corc Sorosun strukturları tərəfindən qismən maliyyələşən təşkilatlar ABŞ prezidenti Donald Trampın qeyri-qanuni miqrantların deportasiyası təşəbbüslərinə mane olur.

“İki sahil” "Breitbart"a istinadla xəbər verir ki, onlar, xüsusən, ABŞ-dan qeyri-qanuni mühacirlərin qovulması ilə bağlı qərarları məhkəmə çəkişmələri vasitəsilə təxirə salmağa çalışırlar.

Məqalədə deyilir: “Qismən Corc və Aleksandr Sorosun solçu qeyri-kommersiya təşkilatları və QHT-lər şəbəkəsi tərəfindən maliyyələşdirilən iki təşkilat prezident Donald Trampın keçmiş prezident Co Baydenin şərti azadetmə sistemi vasitəsilə ABŞ-a buraxılan miqrantların deportasiyasını uğurla bloklayan məhkəmə prosesinin arxasındadır”.

Nəşrin məlumatına görə, müvafiq iddia qaldıran təşkilatlardan biri Soros fondlarından 450 min dollar, digəri isə 6,2 milyon dollar alıb.

"Washington Post" daha əvvəl yazmışdı ki, Tramp administrasiyası ildə bir milyon miqrantı deportasiya etmək niyyətindədir.