Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın 223 pilotsuz təyyarəsini məhv edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan 11 JDAM idarəolunan hava bombası və dörd HIMARS reaktiv buraxılış raketi, həmçinin 223 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, - deyə məlumatda bildirilir.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 304 PUA-nı məhv edib.