Türkiyə və Rusiya xarici işlər nazirləri Antalya Diplomatik Forumunda görüşüblər.
“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə-Rusiya münasibətləri qiymətləndirilib.
Nazirlər həmçinin enerji sahəsində əməkdaşlığı, Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı məsələləri və Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərini müzakirə ediblər.
Görüşdə Suriyadakı mövcud hadisələr və Qəzzada son vəziyyət də dəyərləndirilib.