Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı deyilənləri tamamilə yalan olduğunu deyib.
“İki sahil” xəbər verir ki, o, TASS-a məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Çin Ukraynadakı nizamlanma ilə bağlı çox düşünülmüş, balanslaşdırılmış və təsdiqlənmiş mövqe tutur və biz buna görə dostlarımıza minnətdarıq”.
Bir gün əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin Ukrayna münaqişəsində iştirak etmək üçün öz hərbi personalını göndərməyib; ölkə hakimiyyəti vətəndaşlardan hərbi əməliyyatlara cəlb edilməməyi tələb edir. Bundan əvvəl Ukraynada Çin vətəndaşlarının guya döyüşlərdə iştirakı ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”