Rusiya Prezidenti Vladimir Putin Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff ilə görüşünü başa çatdırıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, görüş dörd saatdan çox davam edib.
Söhbət qapalı rejimdə keçirilib və Bakı vaxtı ilə təxminən saat 23:00-da başa çatıb, əsas mövzu Rusiya – Ukrayna müharibəsi olub.
Bu, Putin və Uitkoff arasında artıq üçüncü görüş idi. Əvvəlki dəfələr onlar Moskvada görüşüblər, bu gün isə görüş Sankt-Peterburqda keçirilib.