11 aprel 2025 16:46
155

Putin: Strateji nüvə qüvvələri təhlükəsizliyin təminatıdır

Strateji nüvə qüvvələri Rusiyanın təhlükəsizliyinin təminatı rolunu oynayır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin inkişafı ilə bağlı keçirilən görüşdə dəniz strateji nüvə güclərində müasir silahların payı 100% təşkil edir.

“Vurğulamaq istərdim ki, bu rəqəm gələcəkdə də qorunmalıdır”, - deyə, Putin bildirib.

Bundan əlavə, Putin vurğulayıb ki, Rusiya dəniz donanmasının inkişafına üstünlük verir.