10 aprel 2025 17:01
181

"Bosch" Almaniyada iki zavodunu bağlayır

Alman konserni Bosch 2026-cı ilə qədər Almaniyada iki zavodun bağlanacağını elan edib. Nəticədə 500 nəfərdən çox işçi işsiz qalacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “IG Metall” həmkarlar ittifaqının bəyanatına istinadən “Praym” nəşri məlumat yayıb.

"Aprelin 9-da şirkət rəhbərliyi işçi heyətinə məlumat verib ki, Baden-Vürtemberqdəki Leinfelden və Saksoniyadakı Sebnitsdəki zavodlar 2026-cı ilin sonuna qədər bağlanmalıdır", - deyə, həmkarlar ittifaqının bəyanatında deyilir.

Leinfeldendəki zavodda 230, Sebnitsdəki zavodda isə 270 nəfərdən çox işçinin ixtisar ediləcəyi gözlənilir.

Bu arada, şirkətin bölməsi əmək xərclərini azaltmağı planlaşdıraraq Macarıstan və Çində istehsal gücünü artırmağı nəzərdə tutur.