10 aprel 2025 16:57
189

İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib

Baş nazir Benyamin Netanyahunun dəftərxanası Azərbaycanda aprelin 9-da İsrail və Türkiyə rəsmiləri arasında Suriya barədə görüşün keçirilməsi faktını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ötən gün İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbinin rəhbərlik etdiyi hərbi-siyasi nümayəndə heyəti, həmçinin müdafiə nazirliyi və güc strukturlarının nümayəndələri ilə türkiyəli həmkarları arasında görüş keçirilib", - bəyanatda bildirilib.