Avropa İttifaqının bəzi ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsinə qarşı çıxır.
“İki sahil” xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə Estoniyanın ERR telekanalına müsahibəsində deyib.
“Biz Avropa İttifaqına 27 üzv ölkə ilə Rusiyanın dondurulmuş aktivlərini müzakirə etdik. Bu məsələdə bəzi risklər var və onları minimuma endirmək yollarını tapmalıyıq. Bundan əlavə, bəzi ölkələr bunun qəti əleyhinədir”, - deyə Kaya Kallas bildirib. Lakin siyasətçi burada hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirməyib.