18 aprel 2025 10:05
135

Yəməndən İsrailə ballistik raket hücumu

Yəməndən İsrailə atılan ballistik raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində dağıntı qeydə alınmayıb.

Maraqlıdır ki, Yəməndən raket hücumu ABŞ-ın husilərin nəzarəti altında olan limanı vurmasından dərhal sonra baş verib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin iqtisadi gücünü zəiflətmək məqsədi ilə Yəmənin Hudeydə şəhərindəki Ras İsa yanacaq limanına hücum edib. Husilərə aid Al Masirah telekanalı ABŞ-ın limana hücumu nəticəsində azı 38 nəfərin öldüyünü, 102 nəfərin yaralandığını bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”