09 aprel 2025 03:01
235

Bakının gözəlliyi Ermənistana gözdağı oldu

Almaniya Prezidentinin videopaylaşımında paytaxtımız bütün qüdrəti ilə əks etdirilib

Bakıya gələn bir çox yüksək çinli xarici şəxslər, xüsusilə dövvlət başçıları şəhərin gözəlliyini, Azərbaycanın sürətli inkişafını və s. xüsusi qeyd ediblər. Otuz ildən artıq davam edən münaqişəyə, iki qanlı müharibəyə zorla cəlb olunmuş Azərbaycanın hərtərəfli tərəqqisi ölkəmizin qonaqlarının yaxşı mənada təəccübünə və heyranlığına səbəb olub.

Bir neçə gün əvvəl Ermənistan və Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank Valter Ştaynmayerin Bakıya səfəri çərçivəsində paylaşdığı görüntülər Hayastanda gərginliyə səbəb olub. Ştaynmayerin “Qarabağ Azərbaycandır!” sözlərinin şokundan ayılmayan ermənilər Prezidentin Bakıdan etdiyi paylaşımı özlərinə vurulan ikinci zərbə hesab ediblər. Bunlar hələ hamısı  deyil.

 Ermənistanın rəhbərliyini daha çox yandırıb-yaxan odur ki, Almaniya Prezidenti Azərbaycandan gedərkən hər iki şəhərin-Bakı ilə İrəvanın müqayisəli görünüşlərini paylaşıb. Görünür, Almaniya Prezidentinin xoşuna gəldiyi üçün yüksək ərazidən çəkilən Bakının ümumi mənzərəsini paylaşıb. Orada Azərbaycan paytaxtı bütün əzəməti ilə canlanır. Göydələn binalar, yaşıl parklar, alov qüllələri, bənzərsiz dənizkənarı bulvar, geniş meydanlar, fontanlar, karusellər...

Ştanmayerin instaqram sosial şəbəkəsinin hekayə bölümündə paylaşılan videoda İrəvanın köhnə üslubda yeknəsək görüntüsü, müstəqillik dövründə bir qədər yenilənən, o cümlədən yeni tikilən binaların, obyeklərin nizamsızlığı, qarışıqlığı, şəhərsalma qaydalarına əməl olunmaması diqqət çəkib. Lakin Bakının müasir memarlığı, hündürmərtəbəli binaların arxitektur gözəlliyi, nizamlı və səliqəli görüntüsü maraqla qarşılanıb.

Sosial şəbəkələrin erməni seqmentində İrəvan sakinləri iki şəhəri müqayisə edərək paytaxtın mövcud vəziyyətinə görə hökuməti və şəhərin merini ittiham ediblər. İki şəhərin də bir-birindən kəskin şəkildə fərqləndiyi, son otuz beş ildə Bakının sürətlə dəyişdiyi və nizamlı şəkildə yeniləndiyi, lakin bunun əksi olaraq İrəvanda tamamilə fərqli vəziyyətin müşahidə olunduğu bildirilir.

Ermənilər hazırda hökumətin avropayönümlü siyasəti fonunda Avropanın əsas ölkələrindən birinin yeni seçilmiş rəhbərinin səfərinə belə ciddi hazırlıq görülmədiyini yazırlar. Xüsusilə paytaxtın inkişafına çalışıldığı deyil, diqqətdən kənarda qaldığı vurğulanır. Bunun Ermənistanın və Azərbaycanın Almaniya Prezidentinin gözü ilə təqdim edilən formada çox sayda insanlara çatdırıldığı, amma Bakıdan fərqli olaraq İrəvanın imici üçün heç də yaxşı olmadığı bildirilir. Belə ki, sözügedən görüntüləri müqayisə edən istənilən şəxsin Ermənistanda inkişaf posesinin zəif getdiyi və yeniliklərin az olduğu, şəhərin turislər üçün elə də cəlbedici görünmədiyi qənaətinə gələcəyi yazılır. Bu isə İrəvan üçün mənfi nüans kimi qiymətləndirilir. Ümumiyyətlə, İrəvan şəhərinin küçələrindən nümayiş etdirilən çəkilişlərdə açıq görünür ki, oradakı yaşayış və dövlət idarələri Sovet dövründən qalmadır. Yəni, gözləri daim onun-bunun torpağında qalan Ermənistan rəhbərləri şəhər və kəndlərin inkişafına o qədər də əhəmiyyət vermirlər. Qırx il əvvəl salınmış uçuq-sökük yollar, şəhərin ucqarlarında rəngi solmuş divarlar, qaratikan kolundan çəkilmiş çəpərlər, köhnə taxta darvazalar və s. Kəndlərdə də ümumi mənzərə təxminən paytaxtdakı kimidir.

Bir çox ermənipərəst dövlətlər və dairələr üç onillikdən çoxdur ki, Ermənistana müxtəlif adlar altında külli miqdarda pullar göndəriblər. Nəhayət, pulların sahibləri bir gün o qədər vəsaitin hara xərcləndiyinin hesabatını tələb edəcəklər. Onda baş nazir Nikol Paşinyan cavab vermək məcburiyyətində qalacaq. Necə cavab verəcək? Deyəcək ki, o, nə edə bilər, ermənilərin dövlətçilik ənənələri yoxdur? Əgər varsa inşa etdikləri bir qədim tikili göstərsinlər. Yoxdur və heç ola da bilməz, çünki ərazimizə soxulduqları heç iki yüz il də deyil. Qədim əsrlərdən qalan Alban monastrları və qəsrləri də onlara aid deyil. Azərbaycanın isə eramızdan əvvəlki və sonrakı yüzilliklərdə inşa edilmiş çoxlu möhtəşəm abidələri var. Biz Vətənimizlə, tariximizlə, memarlığımızla fəxr edirik. Bədbəxt ermənilərin isə fəxr etməyə nə Vətənləri, nə tarixləri, nə də memarlıq abidələri olub. Ona görə də tamamilə haqlı olaraq bunların kürəklərinə “xarabalıq bayquşları” yarlığı yapışdırılıb. Onlara yaraşan da elə odur.

Vəli İlyasov, “İki sahil”