Amerika qoşunlarının Rzeşov hava limanındakı logistika qovşağından Polşadakı digər bazalara çıxarılması NATO səviyyəsində razılaşdırılıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Polşa lideri Anjey Duda Tallində keçirdiyi mətbuat konfransında danışıb.
"Mən bilirəm ki, bu məsələ Rzeşovdakı hava limanının təhlükəsizliyinə görə məsuliyyətin ötürülməsi ilə bağlıdır. Bu, alyans səviyyəsində müzakirə olunub", - TASS onun sözlərindən sitat gətirib.
Duda qeyd edbi ki, Amerika qoşunlarının köçürülməsi ABŞ qoşunlarının ölkədən çıxarılması demək deyil.
Bundan əvvəl Avstraliyanın ABC telekanalı bəyan etmişdi ki, Rzeşovdakı hərbi qovşağın gələcəyi ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə görə təhlükə altındadır.