08 aprel 2025 15:43
176

Avropa İttifaqı gələn həftə ABŞ-a qarşı planı təqdim edəcək

Avropa Komissiyası (AK) gələn həftənin əvvəlində ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni tariflərə cavab planını təqdim etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Olof Gill bildirib.

"Biz gələn həftənin əvvəlində planı təqdim edəcəyik, yol xəritəsinin nədən ibarət olduğunu izah edəcəyik və yekun tədbirlərə gəlməmişdən əvvəl onları üzv dövlətlərə təqdim edəcəyik”- deyə "Reuters" onun sözlərindən sitat gətirib.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən gələn məhsullara gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.