16 mart 2025 23:48
105

Zelenski Orduya yeni Baş Qərargah rəisi təyin edib

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.

“İki sahil” xəbər verir ki, təyinat martın 16-da Baş Qərargahın rəsmi səhifəsində elan olunub.

Bildirilir ki, bu, qoşunların idarə edilməsinin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilib.

Xatırladaq ki, o, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.