Hər kəs görməlidir ki, Türkiyəsiz Avropa ola bilməz!
“İki sahil”in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Komissiyasının (MMK) sədri, sabiq Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
Almaniyaya səfəri zamanı Kölndəki UİD (Beynəlxalq Demokratlar İttifaqı) qərargahında mətbuat konfransı keçirən Akar deyib: “Bizim yeddi iqlim, üç qitədə hökmranlıq edən hər zaman sülhü, əmin-amanlığı və ədaləti təmin edən bir millətin övladları olaraq əcdadlarımıza layiqli şəkildə burada da dostlarımız bu təmsilçi kimliyin şüurunda işlərinə ən uyğun şəkildə davam edirlər.
Qərb ölkələrində ifrat sağçıların güclənməsinə, məscid və dərnəklərə edilən hücumlara toxunan Akar, "İslama, İslam düşüncəsinə, müsəlmanlara qarşı bu hücumların qarşısının alınması əvvəlcə fikir, sonra əməli olaraq bizim deyil, hər kəsin problemi olmalıdır. Ona görə də Avropa ölkələrinin, Amerikanın və digər ölkələrin müvafiq qurumları və səlahiyyətliləri həm fikir, həm də qanun baxımından mütləq tədbir görməlidir", - deyə çağırış edib.
Qarşıdan gələn Avropa Birliyi Liderlər Zirvəsinə toxunan MMK sədri, "Hər kəsin görməsi və anlaması lazımdır ki, Türkiyəsiz Avropa ola bilməz. Bu, bizim ilk mesajımızdır. Hazırda NATO-nun ən böyük ordularından biri olan, ikinci böyük ordu olan Türk Silahlı Qüvvələri yetmiş ildən artıqdır ki, NATO-da təhlükəsizliklə bağlı üzərinə düşən hər şeyi tam və düzgün şəkildə yerinə yetirib", - deyə bəyan edib. Türkiyəsiz heç bir həllin olmayacağını ifadə edən Akar əlavə edib ki, xüsusən də Suriyada, İraqda həll istəyiriksə, bu sahədə, bu bölgədə həll istəyiriksə, Türkiyəni mütləq dinləmək lazımdır. Türkiyə mütləq bir töhfə verməlidir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”