Latviya gömrükçüləri Bakı vaxtı ilə saat 15:00-dan etibarən "Qriqorovşina" keçid məntəqəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, həm Belarusa daxil olan, həm də ölkədən çıxan yük və sərnişin nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb. Keçid məntəqəsində xüsusi maneə sədləri qoyulub.
Hazırda sərhəd keçidində avtomobil növbələrinin olmadığı qeyd edilsə də, vəziyyətin dəyişə biləcəyi istisna edilmir.