16 mart 2025 18:18
113

Ərdoğan Trampla telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq yeni dövrdə əməkdaşlıqlarını həmrəylik, nəticə yönümlü və səmimi şəkildə inkişaf etdirəcəklərinə tam inandığını bildirib.

O, ABŞ-dan yeni dövrdə terrorla mübarizə ilə bağlı Türkiyənin maraqlarını nəzərə alan bir anlayışla addımların atılacağını gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, “F-16” satınalma prosesinin yekunlaşdırılmasının və Türkiyənin “F-35” proqramında yenidən iştirakının təmin edilməsinin vacibliyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”