16 mart 2025 14:59
122

Ermənistan Baş naziri Azərbaycanla danışıqların başa çatması barədə İran Prezidentinə məlumat verib

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, söhbət zamanı Paşinyan Pezeşkiana Azərbaycanla sülh sazişinin bağlanması ilə bağlı danışıqların başa çatmasından danışıb. Həmsöhbətlər həmçinin regional və ikitərəfli gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri rəsmi olaraq Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını elan ediblər.