Ukraynaya guya müşahidə missiyası üçün hərbi kontingent göndərməyə razı olan Avropa ölkələri bunu Rusiyanın razılığı olmadan edə bilər.
“İki sahil”in məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron “Le Parisien” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna suveren ölkədir və öz ərazisində müttəfiq qoşunların olmasını istəsə, Rusiyanın mövqeyi nəzərə alınmayacaq.
Qəzetin yazdığına görə, Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı Fransa-Britaniya planı razılaşdırılmaq üzrə son mərhələdədir. Makron bildirib ki, qoşunların sayı prioritet deyil və əsas diqqət təlim proqramları keçirmək üçün hər ölkədən bir neçə min nəfərin əsas yerlərə yerləşdirilməsi və Kiyevə uzunmüddətli dəstək nümayiş etdirilməsidir. O əlavə edib ki, Kiyev, Lvov və Odessa kimi şəhərlər də nəzərdən keçirilən "əsas məqamlar" arasındadır.
Lakin o, ABŞ-ın bu təşəbbüsdə iştirak etməyə hazır olub-olmadığını açıqlamayıb. Ağ Evin rəhbəri Donald Trampla münasibətlərini şərh edən Makron, qeyri-müəyyənliyi azaltmaq üçün əlaqə saxlamağa və həddindən artıq insidentlərdən qaçmağa çalışdığını söyləyib.
Makron həmçinin bildirib ki, Rusiyanın Ukraynada Avropa qoşunlarını yerləşdirməsinə qarşı çıxmasını Avropaya Rusiyadan qaynaqlanan strateji ekzistensial təhlükənin açıq əlaməti kimi görür.
Məhərrəm Ağalaroğlu, “İki sahil”