16 mart 2025 02:09
91

Vatikan: Papanın səhhətində irəliləyiş müşahidə edilir

Vatikan fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə bir aydır Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan Katoliklərin ruhani lideri və Vatikanın prezidenti 88 yaşlı Papa Fransiskin vəziyyəti ilə bağlı məlumat yayıb.

İki sahil”in məlumatına görə, açıqlamada deyilir: "Papanın sağlamlıq vəziyyəti stabildir və son bir həftədə qeydə alınan irəliləyişlər təsdiqlənib. Yüksək axınlı oksigen terapiyası davam edir və gecələr qeyri-invaziv mexaniki ventilyasiyaya ehtiyac getdikcə azalır. Papa hələ də tibbi müalicə, fiziki müalicə və tənəffüs fizioterapiyasına ehtiyac duyur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”