Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.
Azyaşlı uşağın əli ət maşınında qalıb, 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq