Ləğv prosesində olan "Lider TV və Radio-Azərbaycan" MMC-nin törəməsi "Lider Prodakşn" MMC ləğv olunduğunu elan edib.
“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 83/23 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Lider Prodakşn" 2008-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Ədalət Hüseyn oğlu Əliyevdir.
"Lider TV və Radio-Azərbaycan" yayımını 1 iyun 2021-ci ildən dayandırıb.