24 fevral 2025 16:10
94

Britaniyalılar İrlandiya vətəndaşlığı üçün rekord sayda müraciət edirlər

Keçən il Britaniya vətəndaşları Aİ üzvü olan İrlandiya vətəndaşlığı almaq üçün rekord sayda müraciət edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Financial Times” Britaniya hökumətinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, 2024-cü ilin sonuna qədər Britaniya Xarici Reyestrinə 23 456 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 15% çoxdur.

Bu, Böyük Britaniyanın Aİ-dən çıxması ərəfəsində 2019-cu ildə edilən bu cür müraciətlərin sayını üstələyib.

FT-yə müsahibə verən immiqrasiya hüquqşünasları vəziyyətin Böyük Britaniya iqtisadiyyatının pis vəziyyəti, siyasi qeyri-sabitlik, Brexitdən sonra turizmə "sərt" təsiri və Aİ-də məşğulluq və müqavilələrə qoyulan məhdudiyyətlərlə bağlı olduğunu bildiriblər.