Bundestaq seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) bloku Almaniya Sosial Demokrat Partiyası (SPD) və Almaniyanın hazırkı kansleri Olaf Şolzla koalisiya danışıqlarına başlayacaq.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Berlində Konrad Adenauer Evində keçirilən mətbuat konfransında XDİ lideri Fridrix Merz bildirib.
“Yaxın günlərdə danışıqlar aparacağıq. Bu danışıqlar artıq hazırlanıb və biz bu və ya digər söhbətlər aparmışıq. Məsələn, SPD rəhbərliyi ilə. Tezliklə kanslerlə də danışacağam”, - deyə, Merz bildirib.
Onun sözlərinə görə, SPD-nin 120 deputatı ilə birlikdə XDİ partiyası 630 mandatdan 328-ni əldə edib ki, bu da onlara koalisiya yaratmağa imkan verir.
O, artıq partiyasının rəhbərliyi ilə müvafiq söhbət apardığını və onun dəstəyini aldığını açıqlayıb.