24 fevral 2025 19:09
100

Tramp Ağ Evdə Makronu qarşılamağa çıxmadı

Fransa Prezidenti Emanuel Makron ABŞ-li həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gedib.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, Tramp yeni prezidentliyi dövründə onu ziyarət edən ilk Avropa liderini, Makronu qarşılamağa çıxmayıb.

Məlumata görə, Trampın fransız lideri ilə Ukraynaya hərbi təminatları müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Tramp və komandası Bayden administrasiyasının Kiyevə silah şəklində göndərdiyi vəsaitin bir hissəsini geri qaytarmaq üçün Ukrayna ilə gəlir bölgüsü sazişi üzrə danışıqlar aparır.