24 fevral 2025 16:08
92

Ərdoğan Lavrovu qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. 

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, görüş mətbuata qapalı keçirilir.

Danışıqlar zamanı Ukraynadakı müharibə, regional və ikitərəfli münasibətlər müzakirə ediləcək.