24 fevral 2025 09:36
99

Fidandan Ukrayna ilə bağlı açıqlama: Biz realist olmalıyıq

"Onların (Ukrayna – red.) NATO üzvü olmaq istəyi ilə bağlı heç nə demirik, lakin çox realist olmalıyıq".

İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Bloomberg” televiziyasında gündəmi dəyərləndirərkən deyib.

Trampın Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ-ın yanaşmasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Fidan belə cavab verib: "Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm".

Fidan Ukraynanın NATO mümkün üzvlüyü ilə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə bu məsələni müzakirə etdiklərini və Ukraynanın, bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb etdiyinin başa düşülməsinin lazım olduğunu deyib.

XİN başçısı Türkiyənin Ukraynanın NATO-ya mümkün üzvlüyünə yanaşması ilə bağlı eyib: “Onların NATO üzvü olmaq istəkləri ilə bağlı heç nə demirik, amma çox realist olmalıyıq. Bu, prezidentimizin (Rəcəb Tayyib Ərdoğan – red.) də açıqladığı rəsmi mövqeyimizdir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”