24 fevral 2025 13:53
84

Rusiya-ABŞ danışıqları fevralın 25-nə planlaşdırılır

Rusiya və ABŞ bu həftə iki ölkənin diplomatik missiyalarının fəaliyyətindəki problemləri həll etmək üçün danışıqlar aparacaq.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Ankarada keçirilən mətbuat konfransında bildirib.

“Bu həftə məsləhətləşmələr baş tutacaq və ümid edirəm ki, son illərdə ABŞ-də demokratik administrasiyaların səbəb olduğu süni maneələr aradan qaldırılacaq”, - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, ötən həftə bu mövzuda iki texniki təmas baş tutub.

Qeyd edək ki, mətbuatda Rusiya-ABŞ danışıqlarının fevralın 25-nə planlaşdırıldığı barədə məlumat yayılıb.