24 fevral 2025 12:24
91

Kaya Kallas sabah ABŞ-yə gedəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün fevralın 25-də Vaşinqtona səfər edəcək.

“İki sahil” xəbər verir ki, o, bunu Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

"Mən Marko Rubio ilə danışıqlar aparmaq üçün sabah ABŞ-yə gedəcəyəm", – Kallas qeyd edib.

Bu, onun Tramp administrasiyasında yüksək səviyyəli ABŞ diplomatı ilə ilk görüşü olacaq.