23 fevral 2025 18:25
106

“Reuters”: Estoniya Aİ iclasında Rusiya aktivlərinin mümkün müsadirəsini müzakirəyə çıxaracaq

Estoniya hökuməti Rusiyanın dondurulmuş aktivlərinin mümkün müsadirəsi ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinə sənəd göndərib.

İki sahil” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu məsələ fevralın 24-də Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirləri tərəfindən müzakirə oluna bilər.

Agentlik xatırladır ki, 2024-cü ildə Yeddilik Qrupu (G7) ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynanı dəstəkləmək üçün istifadə etmək qərarına gəlib, lakin aktivlərin özləri hələ də hesablardan çıxarılmayıb. Estoniyanın xarici işlər naziri Marqus Tsaxna agentliyə bildirib ki, (aktivlərdən) artıq gəlirdən istifadə etmək qərarı düzgün istiqamətdə atılmış addım idi. İndi növbəti addımı atmağın vaxtıdır".

Agentliyin məlumatına görə, Aİ-nin bir neçə ölkəsi, o cümlədən Baltikyanı ölkələr və Polşanın Rusiyanın aktivlərinin müsadirəsini müzakirə etməyə hazır olduqlarını bildiriblər. Almaniya, Fransa, Belçika və Avropa Mərkəzi Bankının hakimiyyət orqanları bu ideyadan ehtiyatlanır, mümkün hüquqi nəticələr və avronun ehtiyat valyuta statusuna mənfi təsir edəcəyi barədə xəbərdarlıq edir.

Agentlik yazır ki, ABŞ administrasiyası Avropanın Ukraynanı dəstəkləmək üçün daha çox iş görməli olduğunu bəyan etdikdən sonra məsələ yenidən Avropa İttifaqının diqqət mərkəzinə düşüb. Estoniya hökuməti Aİ ölkələrinə göndərdiyi sənəddə Rusiyanın aktivlərinin müsadirə edilməsinin mümkünlüyünü beynəlxalq hüquq normalarına istinad edərək, bunu xüsusi hərbi əməliyyata (SMO) qarşı “əks-tədbir” adlandıraraq və belə bir addımın zəruriliyini “Rusiya təzminatların ödənilməsində iştirakdan imtina etməsi” ilə əsaslandırır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl xəbərdarlıq edib ki, Moskva Qərbdəki mümkün aktivlərinin müsadirə edilməsinə dərhal cavab addımları atacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”