13 fevral 2025 20:03
125

Özünə quyu qazan siyasi əxlaqsızlıq simvolu - USAID

Sözdə humanitar siyasətlə məşğul olduğunu bildirən, rəsmi məlumata görə  1991-ci ildən Azərbaycanda guya aqrar və turizm sahələrinə dəstək göstərən  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) paxırları indi açıqlanır.  Artıq bəlli olur ki, təşkilatın fəaliyyətində qırmızı cizgini aşan qalmaqallı, hətta bəzi hallarda zorakılığa rəvac verəcək məqamlar daha çox imiş. Fəaliyyəti bir çox ölkələrdə dayandırılan  təşkilat Azərbaycanda da neqativ işlərlə məşğul imiş. Fəaliyyət göstərdiyi  ölkələrdə  ictimai-siyasi quruluşu dəyişməyə yönəlik «yumşaq güc» siyasəti ilə məşğul olan təşkilat” gender bərabərliyi, vətəndaş cəmiyyətinə, mediaya dəstək, həmçinin vətəndaşların ictimai həyatda daha aktiv iştirakını artırmaq pərdəsi altında  terrorçuluqla, gərginlik yaratmaqla  məşğul olub.

Azərbaycanda QHT, siyasi və ictimai təşkilatların, hərəkatların yaranması üçün həssas məqamlardan məharətlə istifadə edən  bəzi beynəlxalq təşkilatlar kimi,  USAID ölkədə çoxsaylı ictimai-siyasi birliklərin, QHT-lərin yaradılmasına, onlara təyinatı üzrə xərclənməyəcək maliyyə dəstəyi  göstərmişdir.

Çirkin niyyət, qaranlıq məqsəd...

Məqsəd  «rəngli inqilab”»lar dalğası fonunda hakimiyyət dəyişikliyi, cəmiyyətin kəskin siyasi mövqelər əsasında qütbləşməsi və qeyri-stabil siyasi vəziyyətin yaranması idi. Siyasi sistem dəyişikliyi baş tutmadıqda  QHT, ictimai birliklər, vətəndaş cəmiyyəti və media vasitəsilə fərqli ideologiya və yerli mental dəyərləri nəzərə almayan görüşlərin yayılması idi. Daha çox sosial şəbəkələr və internet üzərindən yayımlanan bəzi elektron medialar vasitəsilə aparılan bu müzakirələr Azərbaycanda qadınlara qarşı zorakılığın dəhşətli miqyas alması, narkomaniyanın tüğyan etməsi, LGBT, yəni cinsi azlıq nümayəndələrinin diskriminasiyaya məruz qalması, intiharların epidemiya halı alması kimi reallıqdan  uzaq ondəfələrlə şişirdilmiş təqdimatlardan ibarət idi. İctimai rəyi çaşdıran, süni gündəm yaratmağa hesablanmış belə addımlardan biri də «No War”çı» düşüncə ilə bağlıdır.

İiknci Qarabağ müharibəsində , Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərini «qeyri-qanuni»sayan təşkilat baş verənləri Azərbaycanın Ermənistan ərazisinə təcavüzü kimi qələmə verərək ölkəmizə qarşı təxribatlarını gücləndirdi. Formal olaraq müstəqil Dövlət agentliyi hesab olunsa da, USAID birbaşa ABŞ Prezidentinə , dövlət katibinə  və Milli Təhlükəsizlik Şurasına tabedir.  Quruma  rəhbərlik və  müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunur. 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib.

Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD  sözdə  səhiyəyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə burunlarını soxmaq olub. İctimai rəyə təsir  etməklə dövlətlərə qarşı inamsızlıq formalaşdırmağa çalışan təşkilatın üzvləri qanuni yolla seçilmiş iqtidarları  hədəf götürərək qaranlıq işlərlə məşğul olublar.
 Birləşmiş Ştatlarda  yenicə fəaliyyətə başlayan Prezident Donald Trampın və məşhur iş adamı  İlon Maskın USAID-lə bağlı açıqlamaları, qurumu görünməmiş  miqyasda korrupsiyada” ittiham etmələri bu  təşkilatın  necə dəhşətli cinayətlər törətdiyini sübut edir. «Əl-Qaidə»” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramlar USAID-in hərəkət trayektoriyasının istiqamətlərindəndir.

"Əl-Qaidə"dən tutumuş media orqanlarına kimi...

USAID-in «Əl-Qaidə»nin gələcək lideri Ənvər Əl-Əvlakinin kollecdə təhsilini maliyyələşdirməsi – terror təşkilatlarına dəstək istiqamətdə əlavə məlumatların toplanması  deyilənlərin təsdiqidir. Qurumun ifşası zamanı aşkarlanan faktlar biri-birindən dəhşətlidir.

USAID-in dünya üzrə maliyyələşdirdiyi nüfuzlu medialar – «The New York Times»” (2024-cü ildə 3,1 mln.dollar ), «Politico»” (8 mln. dollar), «Associated Press»” (19 mln.dollar), BBC (2,6 mln.funt), «Reuters» (9 mln.dollar), «Frans-Press» (447 min dollar) maliyyə dəstəyi alıblar.  Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT  və 6 mindən çox jurnalist maliyyələşdirilib. Vəziyyətin qarşısının alınması üçün fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə «The New York Times»”, «Politico»” və «Associated Press»”in maliyyələşdirilməsini dayandırıb. Aşkarlanıb ki, yalnız Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAID Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib.  Üzə çıxan faktlar bir daha göstərir ki, «azad mətbuat»”, «söz azadlığı»” adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında milli hökumətlərə təzyiq və şantaj rıçaqları, informasiya diversantları hazırlanırdı.

Bayden-Pauer-Blinken triosunun "birgə əməliyyatları" ifşa olunur

Artıq tarixə  qovuşmuş Bayden administrasiyası ilə USAID-in sinxron fəaliyyəti, təşkilatın rəhbəri Samanta Pauer və keçmiş Dövlət katibi Blinkenin birgə əməliyyatları qaranlıq məqamlar üzərində qurulub.

Ölkəmizdə  mediaları ələ  almaq niyyətləri (Turan agentliyi) alınmadıqda   «müstəqil media»ları («Meydan TV», «Abzas Media», «Toplum TV» və s.) formalaşdırmaqla  mənfur niyyətlərini davam etdirən qurum  maliyyələşdirdiyi  orqanları «yeganə müstəqil media» kimi təqdim edir, sanksiyaları söz azadlığı və müstəqil mətbuatın boğulması»” kimi qələmə verirdi. İnformasiya diversantlarının hazırlanması üçün Cənubi Qafqazda GİPA, «Internews» kimi  xüsusi institutların yaradılması ilə məşğul olan təşkilat Azərbaycana qarşı böhtan və şantaj təxribatlarını  daha da genişləndirirdi.  Ermənistanda hakimiyyətə yaxın təşkilatların maliyyələşdirilməsi, Gürcüstanda hakimiyyətə təzyiq və lazım gəlsə, çevriliş edə biləcək qüvvələrin təşkilatlanması və maliyyələşdirilməsi Azərbaycana qarşı fəaliyyət qurumun  konkret  fəaliyyət istiqamətlərindən olub. Daha  çox ölkə rəhbərliyini  hədəfə alan  təşkilat «Ermənistanın işğalı» ifadələrini işlətmək,  Qarabağdakı rejimin mövcudluğuna «humanitar” don» geyindirmək  onun çirkin planlarının yalnız bir  hissəsi idi. Ekofəallardan ibarət  könüllülərin  Laçın yolundakı aksiyasını ermənilərə qarşı «humanitar fəlakət» kimi beynəlxalq ictimaiyyətə çatdıran USAID-in rəhbəri  Samanta Pauerin  hazırda Azərbaycanın ədalət məhkəməsi tərəfindən mühakimə olunan  erməni milyarder  Ruben Vardanyanla  yaxınlığı  korrupsiyalaşmış qurumun fəaliyyət istiqamətlərindən olub.
Ermənistanın Rusiyaya qarşı sanksiyalarını  pozması faktlarının gizlədilməsi, əvəzində Azərbaycanın «Rusiya qazını gizli yolla Avropaya çıxaran ölkə»” kimi təqdim edilməsi ölkəmizə qarşı  təxribatların tərkib hissəsi idi. Multikultural dəyərlərə sadiq  Azərbaycanın etnik təmizləmə aparan ölkə kimi təqdim olunması isə təşkilatın rəzilliyinin təkzibolunmaz təsdiqidir. Azərbaycanın «diktatura və avtoritar rejim», Ermənistanın isə «demokratik ölkə”» kimi təqdim olunması, seçkilərin gözdən salınması və «saxtalaşdırılma”ya» dair əsassız ittihamlardan istifadə, sosial problemlərin siyasiləşdirilməsi və vətəndaş qarşıdurmasının yaradılması, iqtidar-xalq birliyinin sarsıdılması kimi  əsassız ittihamlar qurumun daimi iş prinsiplərindən olub. Azərbaycanın müstəqil siyasətinin yerli və xarici mediada «digər dövlətlərdən asılılıq»” kimi təqdim olunması, ölkəmizdə mütəşəkkilliklə keçirilən  beynəlxalq tədbirlərin gözdən salınması  istiqamətində apardığı təxribatlar  USAID-in siyasi əxlaqsızlıq simvoludur.

Ümumiyyətlə, ölkəmizin  siyasi , iqtisadi, diplomatik uğurları  xarici ölkələrdə fəaliyyət göstərən anti-Azərbaycan dairələri həmişə narahat etmişdir. Torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı 30 ildə daim  işğalıçı  İrəvanı müdafiə edən,  Azərbaycan əleyhinə ictimai rəy fomalaşdıran beynəlxalq təşkilatlarda çalışanların bölgədə  sabitliyin pozulması üçün  ölkəmiz əleyhinə  apardıqları anti-Azərbaycan kampaniyaları USAID kimi özlərinə qənim olur.

Xuraman İsmayılqızı, "İki sahil"