ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün əlverişli zəmin yaradıb.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, Qafqaz və Qara dəniz regionunun geosiyasəti üzrə ekspert Nika Çitadze söyləyib.
Ekspertin fikrincə, bu gün iki ölkə arasında əməkdaşlığın inkişaf etməsi alqışlanmalıdır. Ona görə ki, bu, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün mühüm ilkin şərtdir. Bu baxımdan ABŞ-nin, Avropa İttifaqının səyləri, eləcə də hər iki tərəfin təşəbbüsləri təqdirəlayiqdir. Bu təşəbbüslər çərçivəsində həm Azərbaycanın, həm də Ermənistanın liderləri sülhün bərqərar olunması istiqamətində iradə nümayiş etdirirlər.
“Bir daha Azərbaycan xalqını beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edir, Azərbaycan dövlətinə iqtisadi, siyasi və geosiyasi baxımdan daha da güclənmə və möhkəmlənmə arzulayıram”, - deyə Nika Çitadze bildirib.
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib