14 avqust 2026 17:55
110

Özbəkistanda da kütləvi elektrik kəsintisi qeydə alınıb

Özbəkistan Energetika Nazirliyinin verdiyi məlumata görə, Mərkəzi Asiyanın digər ölkələrinin ardından Özbəkistanda da kütləvi elektrik kəsintisi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, Mərkəzi Asiya regionunun başqa bir ölkəsinin energetika sistemində baş verən qəza səbəbindən Özbəkistanın cənub ərazilərində, xüsusilə Surxandərya vilayətində elektrik enerjisinin verilişi kəsilib.

Qəza xidmətləri tərəfindən həyata keçirilən bərpa işləri nəticəsində bölgələrdə elektrik enerjisinin təminatı mərhələli şəkildə bərpa olunmağa başlayıb.