02 fevral 2025 19:35
166

Çin ABŞ-ı ÜTT-yə şikayət edəcək

Rəsmi Pekin ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən bütün məhsullara əlavə 10 faiz gömrük rüsumu tətbiq etmə qərarına qarşı tədbir görəcək, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

İki sahil” xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Çin Ticarət Nazirliyi açıqlamasında ABŞ-ın gömrük rüsumlarını birtərəfli qaydada artırmasının ÜTT qaydalarını pozduğunu bildirib.

Qərarın Çin və ABŞ arasında normal iqtisadi və ticarət əlaqələrinə zərər verəcəyi, Çinin bu məsələ ilə bağlı ÜTT-yə şikayət edəcəyi və qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirlər görəcəyi qeyd edilib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Pekin rəhbərliyinin ABŞ-ın fentanildən istifadə edərək Çinə əlavə gömrük vergisi tətbiq etməsinə qarşı çıxdığı vurğulanıb və bu qərarı pisləyib.

Çinin tariflər mövzusundakı mövqeyinin aydın olduğu, tarif və ticarət müharibələrində qaliblərin olmayacağı vurğulanan açıqlamada, ABŞ-ın birtərəfli tarif artımı ÜTT qaydalarını pozur. Bu addım ABŞ daxilindəki problemləri həll etməyəcəyi kimi, həm tərəflərə, həm də dünyaya fayda verməyəcək.

Bəyanatda Çinin narkotiklərlə mübarizədə həm siyasət, həm də praktika baxımından dünyanın ən sərt ölkələrindən biri olduğu xatırladılıb: "Fentanil ABŞ-ın problemidir. Çin ABŞ-ın bu mövzuda insanlıq və xoş niyyət naminə apardığı mübarizəni dəstəklədi. ABŞ-ın tələbi ilə 2019-cu ildə fentanillə əlaqəli maddələr ayrıca kateqoriyaya salındı”.

Bəyanatda Vaşinqton administrasiyası öz səhvindən dönməyə, narkotiklərlə mübarizə sahəsində əməkdaşlıqda qurulmuş dinamikanı qorumağa və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etməyə çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”