02 fevral 2025 22:22
76

Suriyanın yeni lideri ilk xarici səfərini edib

Suriyanın keçid dövrünün prezidenti Əhməd aş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

"Əş-Şaraa bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd aş-Şibani müşayiət edir", - agentlik yazıb.

Görüşün məzmunu ilə bağlı məlumat hələ yoxdur.

Eyni zamanda qeyd olunur ki, bu, Suriyanın yeni liderinin ilk xarici səfəri olsa da, daha əvvəl Dəməşqə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani səfər edib.