02 fevral 2025 17:19
141

SOCAR-da Gəncləri Günü ilə bağlı görüş keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Milli Məclisin üzvü, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai və COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova ilə səmərəli görüş keçirilib.

İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, bu dəfəki görüşdə SOCAR-da çalışan gənc əməkdaşlar da qoşulub.

Qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə qonaqlar uğur hekayələrini bölüşərək, çoxsaylı sualları cavablandırıblar, SOCAR gənclərinin gələcək planları ilə maraqlanıblar.

Gənclər dəyərli tövsiyələri və səmimi söhbətləri üçün qonaqlara təşəkkür ediblər.

Orxan İsrafilov, “İki sahil”