02 fevral 2025 23:52
84

Tanzaniya ordusunun iki əsgəri Konqoda həlak olub

Tanzaniyanın Cənubi Afrika İnkişaf Birliyində xidmət edən iki hərbi qulluqçusu Konqo Demokratik Respublikasında üsyançılarla döyüşdə həlak olub.

“İki sahil”in "Citizen" qəzetinə istinadən məlumatına görə, bu barədə Tanzaniya Ordusunun nümayəndəsi polkovnik Qaudentius İlonda bildirib.

“Yanvarın 24-də və 28-də Sake və Qoma şəhərlərinə hücumlar nəticəsində Tanzaniyanın iki əsgəri həlak olub, dördü isə yaralanıb”, - o deyib.