02 fevral 2025 22:02
83

İsrail Ordusu İordan çayının qərb sahilində 50 radikalı zərərsizləşdirib

İsrailin Müdafiə Ordusu İordan çayının qərb sahilinin şimal hissəsində əməliyyat zamanı 50 silahlı radikalın məhv edildiyini və axtarışda olan 100-dən çox şəxsin terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinərək saxlanıldığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

Xüsusən “ilkin əməliyyatlar zamanı 15-dən çox terrorçu hava hücumları nəticəsində məhv edilib və azı 35 radikal zərərsizləşdirilib”.