Azərbaycanın Kosta-Rikadakı qeyri-rezident səfiri (iqamətgahı Mexiko şəhərində) Məmməd Talıbov bu ölkənin prezidenti Rodriqo Çaves ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə Bakı və San-Xosenin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğu qeyd edilib:
“Kosta-Rika Prezidenti Rodriqo Çaves ilə dialoq aparmaq mənim üçün şərəf idi. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırdım. Kosta Rikanın COP29-da fəal iştirakına görə minnətdarlığını bildirdim. Bundan əlavə, mən ikitərəfli münasibətlərin, xüsusən də iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafında qarşılıqlı marağımızı qeyd etdim”.