Bitkoin yüksəlişini davam etdirir, lakin yeni bir impuls qazanmağa çalışarkən həftənin əvvəlində çatdığı rekord səviyyənin altında satılmaqdadır.
ABŞ Prezidenti Donald Trampın cümə axşamı günü kriptovalyutaları təşviq etmək və rəqəmsal aktiv ehtiyatını inkişaf etdirmək üçün fərman imzalamasının ardından bitkoinin qiyməti 105 741 dollara qədər yüksəlib.
Saxo Bank analitikləri, "Milli kriptovalyuta ehtiyatına dair planların dərhal aydın olmaması bazardakı inamı zəiflətdi," – deyə bildiriblər.
Bitkoin hazırda 2,14% bahalaşaraq 105 330 dollara satılır.
Orxan Vahidoğlu, "İki sahil"