24 yanvar 2025 09:20
88

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib

İsrail ordusu İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində reydlər keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, reydlər zamanı bir neçə fələstinli həbs olunub.

Bildirilib ki, reydlər Qalqilya şəhərinin şərqindəki Azzun qəsəbəsində, Hevron şəhərinin şimalındakı Halhul, Ramallah bölgəsi və Yerixobdakı Ayn-Sultan qaçqın düşərgəsində həyata keçirilib. İsrailin Şərqi Qüdsün şimalındakı Anata qəsəbəsində keçirdiyi əməliyyatlar zamanı bir neçə fələstinli, Tulkərm qəsəbəsində isə daha bir fələstinli həbs edilib.