Qəzza zolağında 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında deyilir.
Məlumata görə, Fələstin anklavında 18 mindən çox şagirdi qəbul edə bilən 86 müvəqqəti təhsil mərkəzi açılıb.
Agentlik qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Qəzza zolağında 14 500-dən çox uşaq ölüb.